"Nə olub bizə, şir kimi oğlanlarıq! Narahat olma"

22 İyul 2022 02:50 Şahmat 576
"Nə olub bizə, şir kimi oğlanlarıq! Narahat olma"

Azərbaycan yığmasının şahmatçısı Vasif Durarbəylinin komanda yoldaşı Teymur Rəcəbov haqda paylaşımı böyük marağa səbəb olub.

Sportinfo.az xəbər verir ki, Rəcəbovun 44-cü Ümumdünya Şahmat Olimpiadasında millinin heyətində iştirakdan imtinası barədə Durarbəylinin fikirlərinə digər komanda yoldaşı Şəhriyar Məmmədyarov da münasibət bildirib.

O, Teymurun imtinasından sonra Azərbaycan yığmasının zəifləməsi və medal şansının azalması barədə fikirlə razılaşmayıb:

“Məncə, bizim şansımız belə də yaxşıdır. Nə olub bizə, şir kimi oğlanlarıq. Narahat olma, əlimizdən gələni edəcəyik. Mən sizə və özumə inanıram”.

Vasif Durarbəyli bu gün sosial şəbəkədəki paylaşımı zamanı Teymur Rəcəbovun Hindistanda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirakdan imtina etdiyini yazıb və komanda yoldaşını bu addımına görə qınayıb.

Digər Xəbərlər
Xəbər Lenti