Azərbaycanlı çempionlar turnirinə erməni üzərində qələbə ilə başladı - FOTO

12 İyul 2022 02:10 Şahmat 595
Azərbaycanlı çempionlar turnirinə erməni üzərində qələbə ilə başladı - FOTO

Azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun iştirakı ilə çempionların Şahmat Turu çərçivəsində keçirilən “Road to Miami” onlayn turniri başlayıb.

Sportinfo.az xəbər verir ki, dörd gün ərzində yarışın ilkin mərhələsi keçiriləcək və burada 16 iştirakçı pley-offda çıxış edəcək səkkiz cütü müəyyənləşdirəcək.

Dairəvi sistemdə qələbəyə görə 3 xal, heç-heçəyə isə 1 xal verilir.

Həmyerlilərimizin iştirakı ilə keçirilən ilk görüşlər artıq başa çatıb. Məmmədyarov – Aronyan, Rəcəbov isə Duda üzərində minimal hesablı (1:0) qələbə qazanıb.

2-ci turada Rəcəbov və Məmmədyarov bir-birilə qarşılacaqlar. Növbəti turlarda Məmmədyarov Rapport və Voytaşek, Rəcəbov isə Eriqaisi və Yu Vençjun ilə görüşəcək.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!