Teymur Rəcəbov ilk qələbəsini amerikalı üzərində qazandı

28 İyun 2022 00:00 Şahmat 630
Teymur Rəcəbov ilk qələbəsini amerikalı üzərində qazandı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 9-cu turda ağ fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib.

Oyun 41-ci gedişdə təmsilçimizin qələbəsi ilə başa çatıb. Turnirdə ilk qələbəsini qazanan Rəcəbov həm də Nakamuradan ilk dövrədəki məğlubiyyətin əvəzini çıxıb.

Beləliklə, xalını 4-ə çatdıran Rəcəbov hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Sıralamaya 6,5 xala sahib Yan Nepomnyaşi başçılıq edir.

Dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar.

Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.

27 iyun

Teymur Rəcəbov (Azərbaycan) – Hikaru Nakamura (ABŞ) 1:0
Alireza Firuzca (Fransa) – Rixard Rapport (Macarıstan) 1:0
Fabiano Karuana (ABŞ) – Yan Nepomnyaşi (FİDE) 0,5:0,5
Dinq Liren (Çin) – Yan-Kşiştof Duda (Polşa)

Xəbər Lenti