Rəcəbov İddiaçılar Turnirində Nakamuraya uduzdu

19 İyun 2022 01:40 Şahmat 649
Rəcəbov İddiaçılar Turnirində Nakamuraya uduzdu

İspaniyanın paytaxtı Madriddə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun iştirakı ilə İddiaçılar Turniri davam edir.

Sportinfo.az xəbər verir ki, Əlireza Firuzca (Fransa) ilə ilk heç-heçədən sonra Rəcəbov ikinci mərhələdə Hikaru Nakamura (ABŞ) ilə qarşılaşıb.

Oyun 75 gediş davam edib və bundan sonra Rəcəbov məğlubiyyətlə barışıb.

İki dövrəlik yarışda səkkiz qrossmeyster dünya tacı uğrunda görüşdə oynamaq hüququ uğrunda mübarizə aparır.

Azərbaycanlı qrossmeysterin 0,5 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu