Bir günlük turnir - Məmmədyarovla Rəcəbov üçün

30 May 2022 18:40 Şahmat 417
Bir günlük turnir - Məmmədyarovla Rəcəbov üçün

Bu gün Norveçin Stavanger şəhərində “Norway Chess” çərçivəsində blits turniri keçiriləcək.

Sportinfoaz xəbər verir ki, yarışda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da mübarizə aparacaq.

Onların rəqibləri yerli dünya çempionu Maqnus Karlsen, macarıstanlı Rixard Rapport, ABŞ-ı təmsil edən Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav, bolqarıstanlı Veselin Topalov və çinli Van Hao olacaq.

Dairəvi sistemlə təşkil olunan bir günlük turnirin nəticələri “Norway Chess”də start nömrələrini müəyyənləşdirəcəcək.

“Norway Chess” turniri 31 may-10 iyunda keçiriləcək.

Xəbər Lenti