"Çox yaxşı vəziyyətdə idim, daha sonra çox pis oynamağa başladım"

14 May 2022 01:00 Şahmat 585
"Çox yaxşı vəziyyətdə idim, daha sonra çox pis oynamağa başladım"

"Bu qələbə karyeram üçün çox yaxşıdır, əhvalım düzəldi. Şahmatda bəzən şans da vacib rol oynayır".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirinin VII turunda FIDE bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşini məğlub etməsi barədə danışarkən deyib.

Turnirdəki ilk qələbəsini qazanan 37 yaşlı qrossmeyster görüşün asan keçmədiyini bildirib:

"Açılışdan sonra çox yaxşı vəziyyətdə idim. Düşünürdüm ki, ortabab oyunla qələbə qazanacağam. Amma daha sonra çox pis oynamağa başladım".

Məmmədyarov qələbə qazandığı üçün xoşbəxt olduğunu söyləyib:

"Bu qalibiyyət mənim üçün 1 xaldan daha artıqdır. Çünki gərgin oyundan sonra qalib gəldim. Bu, məni növbəti qarşılaşmalar üçün motivasiya edəcək".

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı