Azərbaycanlı vitse-prezidentə daha 3 il vəzifədə qalmaq təklif ediləcək

13 May 2022 02:40 Şahmat 744
Azərbaycanlı vitse-prezidentə daha 3 il vəzifədə qalmaq təklif ediləcək

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov daha 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti ola bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə FIDE-nin prezidenti Arkadi Dvorkoviç TASS-a açıqlama verib.

Yenidən namizədlərini irəli sürən rusiyalı funksioner bildirib ki, qurumun rəhbəri seçiləcəyi halda Məmmədova hazırkı vəzifəsində qalmağı təklif edəcək.

Dvorkoviçin komandasında AŞF prezidenti ilə yanaşı, 15-ci dünya çempionu hindistanlı Vişvanatan Anand, 9-cu dünya çempionu çinli Çju Çen, həmçinin norveçli Yoran Eulin-Yansson da yer alıb.

FIDE prezidentliyinə seçkilər 7-8 avqustda Hindistanın Çennai şəhərində keçiriləcək. Seçkilərdə iştirak üçün ərizələr iyunun 7-dən gec olmayaraq təqdim edilməlidir.

Mahir Məmmədov 2018-ci ildən FIDE-nin vitse-prezidentidir.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"