"Uduzmamaq üçün oynamağa başladım - Səhvim ondadır ki..."

9 May 2022 13:40 Şahmat 721
"Uduzmamaq üçün oynamağa başladım - Səhvim ondadır ki..."

"Çox qəribədir. Səhvim ondadır ki, 2 piyadanı qurban verdikdən sonra yaxşı oynamağa çalışıram.

Həmin vaxt isə artıq gec olur".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində rumıniyalı Boqdan Danyel-Dayakla heç-heçə oynadığı IV tur görüşündən sonra deyib.

37 yaşlı qrossmeyster hücuma ləng keçdiyini bildirib: "Düşünürəm ki, oyunun gedişində yaxşı şansı qaçırdım. Sonra isə uduzmamaq üçün oynamağa başladım".

Şəhriyar Məmmədyarov 4 turdan sonra 1,5 xalla 10 şahmatçı arasında 6-cı pillədə qərarlaşıb.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı