İki tanınmış azərbaycanlı ilk "10-luq"dan kənarda qaldı

1 May 2022 01:10 Şahmat 648
İki tanınmış azərbaycanlı ilk "10-luq"dan kənarda qaldı

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın heç bir təmsilçisi yer almayıb.

Şəhriyar Məmmədyarov 2 759 xalla 1 pillə geriləyərək, 11-cı sırada qərarlaşıb. 2 753 xalı olan Teymur Rəcəbov isə 13-cü yerdəki mövqeyini qoruyub.

Qədir Hüseynov (2 668) 6 pilləlik sıçrayışla 70-ci yerə yüksəlib. Rauf Məmmədov (2 656) isə 86-cı sıraya enib.

Reytinqin ilk "3-lüy"ündə dəyişiklik baş verib. Norveçli dünya çempionu Maqnus Karlsen 2 864 xalla əvvəlkitək siyahıya başçılıq edir.

Xallarını 2 806-ya çatdıran çinli Dinq Liren Fransa təmsilçisi Alireza Firuzcanı (2 804) qabaqlayaraq, 2-ci pulləyə qalxıb.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2 454) 26-cıdır. Gülnar Məmmədova (2 387) 60-cı, Gövhər Beydullayeva (2 384) 65-ci sıraya yüksəlib. Xanım Balacayeva isə (2 376) 73-ci pilləyə geriləyib.

Xəbər Lenti