Şəhriyar 210 min dollarlıq yarışda Karlsenə qalib gəldi

29 Aprel 2022 02:50 Şahmat 448
Şəhriyar 210 min dollarlıq yarışda Karlsenə qalib gəldi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının üçüncü mərhələsində sonuncu görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın VII turunda Karlsenlə üz-üzə gəlib.

Görüş Məmmədyarovun 2,5:0,5 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə xallarını 11-ə çatdıran şahmatçı turniri vietnamlı Le Kuanq Lyemlə birlikdə 5-ci pillədə başa vurub.

"Oslo Esports Cup"ın qalibi isə 14 xalla polşalı Yan-Kşiştof Duda olub.

Məmmədyarov ilk turda Lyemi, beşinci və altıncı turda müvafiq olaraq niderlandlı Aniş Giri və Yorden van Foresti məğlub edib.

Təcrübəli şahmatçı II, III və IV turlarda ardıcıl olaraq hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.

Turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”