Teymur Rəcəbovun ilk rəqibi m'əlum oldu - İddiaçılar Turnirində

29 Aprel 2022 00:10 Şahmat 452
Teymur Rəcəbovun ilk rəqibi m'əlum oldu - İddiaçılar Turnirində

Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəhbər heyətinin toplantısı keçirilir.

Sportinfo.az xəbər verir ki, görüşdə FIDE-nin məsul şəxsləri, o cümlədən qitələr üzrə federasiya rəhbərləri iştirak edir.

Toplantıda şahmat üzrə İddiaçılar Turnirinin püşkatma mərasimi keçirilib. Mötəbər mərasimdə ölkəni Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov təmsil edib.

Püşkə əsasən, Teymur Rəcəbova 4 rəqəmi qismət olub. Şahmatçı ilk turda ağ fiqurlarla Fransa təmsilçisi Alireza Firuzcaya qarşı oynayacaq.

İddiaçılar Turniri iyunun 16-dan iyulun 7-dək İspaniyanın paytaxtı Madriddə təşkil olunacaq. İddiaçılar Turnirinin qalibi şahmat tacı uğrunda görüşdə dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!