"Mən öz şansımı qaçırdım" - Şəhriyar 17 yaşlı hindistanlıya məğlubiyyətin səbəbini dedi

25 Aprel 2022 02:40 Şahmat 584
"Mən öz şansımı qaçırdım" - Şəhriyar 17 yaşlı hindistanlıya məğlubiyyətin səbəbini dedi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının birinci mərhələsində Hindistan təmsilçisi 17 yaşlı Rameşbabu Praqnanandhaya məğlubiyyətin səbəbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı qrossmeyster “Oslo Esports Cup”ın ikinci turunda qələbəni əldən verdiyini bildirib.

O etiraf edib ki, ilk partiyada uduş vəziyyətində olsa da, fürsəti dəyərləndirə bilməyib: “Fikrimcə, duelin taleyini ilk görüşdəki məğlubiyyət həll etdi.

Praqnanandha birinci partiyada pis oynadı. Mən isə öz şansımı qaçırtdım.

Amma rəqib növbəti görüşlərdə maraqlı gedişlər etdi və layiqli qələbə qazandı. Düşünürəm ki, yaxşı görüş alındı”.

Şəhriyar Məmmədyarov üçüncü turda kanadalı Erik Hansenlə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı