"Qərar qəbul edilibsə, deməli, onun içində nəsə var"

15 Aprel 2022 09:20 Şahmat 883
"Qərar qəbul edilibsə, deməli, onun içində nəsə var"

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Rusiya Şahmat Federasiyasının Asiya Şahmat Federasiyasına üzv olmaq qərarını şərh edib.

Sportinfo.az xəbər verir ki, o, "Championat" nəşrinə açıqlamasında bunu maraqlı addım adlandırıb.

35 yaşlı şahmatçı bu qərarın hansı məqsədi daşıdığını başa düşmədiyini söyləyib:

"Amma qərar qəbul edilibsə, deməli, onun içində nəsə var. Hər kəsə uğurlar arzulayıram. Ən əsası odur ki, hər şey hamı üçün yaxşı olsun".

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) bu ilin fevralında Rusiya və Belarus milli komandalarını öz bayrağı altında keçirilən turnirlərdən kənarlaşdırıb.

İki ölkə təmsilçiləri fərdi turnirlərdə isə FIDE bayrağı altında çıxış edə bilərlər. Həmçinin 26 iyul - 8 avqustda keçirilməsi planlaşdırılan Şahmat Olimpiadasına ev sahibliyi Rusiyadan alınıb.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”