"Söz verirəm ki..." - VİDEO

8 Aprel 2022 00:50 Şahmat 394
"Söz verirəm ki..." - VİDEO

Azərbaycan şahmatçısı Rauf Məmmədov Beynəlxalq Şahmat Federasiyası (FIDE) bayrağı altında yarışlarda iştirakdan imtina edib.

Sportinfo.az xəbər verir ki, qrossmeyster bu addımı Ukraynada baş verən hadisələr üzündən atıb.

Azərbaycan yığmasının heyətində komandalararası Avropa çempionatının qalibi olan şahmatçı FIDE rəhbərliyinin hadisələrə mövqeyinə etirazını bildirib:

“FIDE prezidenti rusiyayönümlü adam olduğundan, söz verirəm ki, müharibə müddətində bu qurumun təşkil etdiyi turnirlərdə oynamayacağam. Ukraynaya eşq olsun!”

Rauf Məmmədovun həyat yoldaşı ukraynalı şahmatçı Natalya Buksadır. FIDE prezidenti isə rusiyalı Arkadi Dvorkoviçdir.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı