"Burada belə oyunçuların olması çox vacibdir"

31 Mart 2022 23:20 Şahmat 802
"Burada belə oyunçuların olması çox vacibdir"

"Nakamura kimi oyunçuların İddiaçılar Turnirində olması şahmat üçün çox vacibdir".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-prisinin III mərhələsində ABŞ təmsilçisi Hikaru Nakamuraya qarşı ilk yarımfinal görüşündən sonra deyib.

O, 35 yaşlı qrossmeysterin şahmat dünyasında olduqca populyar olduğunu bildirib.

Şəhriyar Məmmədyarov və Hikaru Nakamura arasında ilk qarşılaşma heç-heçə başa çatıb. Cavab görüşü martın 31-də olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti