Millimizin iştirak edəcəyi DÇ təxirə salındı - Müharibəyə görə

5 Mart 2022 02:40 Şahmat 714
Millimizin iştirak edəcəyi DÇ təxirə salındı - Müharibəyə görə

Beynəlxalq Şahmat Federasiyası (FİDE) kişilər arasında milli komandalar arasında keçirilməsi nəzərdə tutulan dünya çempionatının 2022-ci ilin aprelindən noyabr ayına təxirə salınması barədə qərar qəbul edib.

Sportinfo.az xəbər verir ki, turnir təxirə salınsa da, dünya çempionatına ev sahibliyi etmək hüququ İsrail Şahmat Federasiyasında saxlanılıb.

FİDE bu qərarı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar qəbul edib. Məsələ burasındadı ki, FİDE ukraynalı şahmatçıların çempionatda iştirak edə bilməyəcəyini, Rusiya komandasının isə diskvalifikasiya oluna biləcəyini nəzərə alaraq bu qərarı verib.

Azərbaycan yığmasının da dünya çempionatında çıxış etməsi planlaşdırılırdı. Dünya Kubokunun digər iştirakçıları ABŞ, Hindistan, Misir, Fransa, Polşa, Macarıstan və İsrail yığmaları idi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti