Qrupdakı əsas rəqibi ilə heç-heçə etdi - Məmmədyarov

3 Mart 2022 01:40 Şahmat 752
Qrupdakı əsas rəqibi ilə heç-heçə etdi - Məmmədyarov

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda təşkil olunan FIDE Qran-prisində ikinci görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı qrossmeyster D qrupundakı əsas rəqibi fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib.

Qara fiqurlarla oynayan Məmmədyarov 32-ci gedişdə bərabərliyə razılaşıb. Bu qrupun digər görüşündə çinli Yu Yanqyi rusiyalı Aleksandr Predke ilə heç-heçə edib.

Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.

Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.

FIDE Qran-prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti