Məmmədyarovun oyununda ilk gedişi nazir etdi - FOTO

3 Mart 2022 00:20 Şahmat 648
Məmmədyarovun oyununda ilk gedişi nazir etdi - FOTO

FIDE Qran-prisində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov və fransalı Maksim Vaşye-Laqrav arasında keçirilən D qrupunun II tur görüşündə ilk gedişi turnirin ev sahibi olan Serbiyanın daxili işlər naziri Aleksandr Vulin edib.

Sportinfo.az xəbər verir ki, bu barədə FIDE-nin rəsmi feysbuk səhifəsi məlumat paylaşıb.

Hazırda davam edən qarşılaşmada Məmmədyarov qara fiqurlarla mübarizə aparır.

Şəhriyar Məmmədyarov ilk turda çinli Yu Yanqyi ilə, Maksim Vaşye-Laqrav isə rusiyalı Aleksandr Predke ilə heç-heçə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti