Azərbaycan millisi yenidən dünya çempionatında iştirak edəcək

17 Fevral 2022 02:30 Şahmat 2 491
Azərbaycan millisi yenidən dünya çempionatında iştirak edəcək

Şahmat üzrə kişilərdən ibarət Azərbaycan millisi İsraildə keçiriləcək dünya çempionatında iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, qitədə yüksək reytinqə malik yığma Fransa, Ukrayna, Polşa və Macarıstan milli komandaları ilə birgə təşkilatçıların dəvəti ilə yarışa qatılacaq.

Mundialda ümumilikdə 10 ölkə təmsil olunacaq. Dünyanın qitələr üzrə ən güclü yığmaları kimi ABŞ, Hindistan, Misir və Rusiya seçmələri yarışa dəvət olunub.

Dünya çempionatı 7 - 14 apreldə təşkil olunacaq. İsrail millisi yarışa təşkilatçı ölkə kimi qoşulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti