Şəhriyar ikinci pilləyə yüksəldi - "Tata Steel Masters”da

30 Yanvar 2022 00:20 Şahmat 898
Şəhriyar ikinci pilləyə yüksəldi -

Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin 12-ci turunun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz Şəhriyar Məmmədyarov növbəti turda hindistanlı Vidit Santoş ilə mübarizə aparıb.

Qara fiqurlarla oynayan şahmatçımız rəqibini 38-ci gedişdə məğlub edib.

Qeyd edək ki, 12 turdan sonra Ş.Məmmədyarov 7,5 xalla 2-ci pilləyə yüksəlib.

Turnir cədvəlinə şahmatçımızla eyni xal toplayan hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (əlavə göstəricilərə görə) başçılıq edir.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti