Şəhriyar Məmmədyarov "Tata Steel"də Karlsenə uduzdu

26 Yanvar 2022 01:40 Şahmat 762
Şəhriyar Məmmədyarov "Tata Steel"də Karlsenə uduzdu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərindəki "Tata Steel Chess" turnirində növbəti görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı qrossmeyster IX turda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.

Qara fiqurlarla oynayan Məmmədyarov 26-cı gedişdə rəqibinə uduzub.

Bu nəticədən sonra xallarını 6,5-ə çatdıran Karlsen vahid lider olub. 5,5 xalı olan Məmmədyarov isə 3-cü pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti