Şəhriyar Məmmədyarov "Tata Steel"də liderliyi əldən verdi

23 Yanvar 2022 10:20 Şahmat 622
Şəhriyar Məmmədyarov "Tata Steel"də liderliyi əldən verdi

Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində VII tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov qara fiqurlarla Macarıstandan olan Rixard Rapportla üz-üzə gəlib.

Görüş 29-cu gedişdə heç-heçə ilə yekunlaşıb.

Beləliklə, 7 turun yekununa əsasən, Məmmədyarov 4,5 xalla 2-ci pillədə qərarlaşıb. İlk pilləni isə xalını 5-ə çatdıran norveçli dünya çempionu Maqnus Karlsen ələ keçirib.

Xəbər Lenti