Azərbaycan çempionatının mükafat fondu bu qədər artırıldı

21 Yanvar 2022 00:50 Şahmat 775
Azərbaycan çempionatının mükafat fondu bu qədər artırıldı

Naxçıvanda kişi şahmatçılar arasında keçiriləcək Azərbaycan çempionatının ümumi mükafat fondu 22000 manata çatdırılıb.

Sportinfo.az xəbər verir ki, bu qərar rəqabəti yüksəltmək məqsədilə qəbul edilib.

Fevralın 5-də start götürəcək ilin ilk şahmat yarışı Naxçıvan Şahmat Federasiyasının dəstəyi ilə gerçəkləşəcək.

Çempionatın Naxçıvanda keçirilməsində əsas məqsəd şahmatda daha böyük kütləviliyə nail olmaq, eyni zamanda Muxtar Respublikada şahmata olan marağı artırmaqdır.

40 şahmatçının iştirakı ilə baş tutacaq Azərbaycan çempionatı 2 mərhələdə keçiriləcək. I mərhələ İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq.

İlkin mərhələnin nəticəsinə əsasən 1 - 4-cü yerləri tutan şahmatçılar II mərhələdə pley-off sistemi üzrə yarımfinal və finalda çempionu müəyyən edəcəklər.

Azərbaycan çempionatına fevralın 19-da yekun vurulacaq.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular