"O, əvvəllər də eyni şeyləri deyirdi, amma hələ də oynayır"

30 Dekabr 2021 13:40 Şahmat 1 023
"O, əvvəllər də eyni şeyləri deyirdi, amma hələ də oynayır"

"Sovet dövründə Azərbaycanda şahmat məktəbi həmişə güclü olub".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov keçmiş SSRİ dövründə tanınmış qrossmeysterlərin çoxunun Bakıda anadan olmaları barədə danışarkən deyib.

O bildirib ki, Harri Kasparov da daxil olmaqla, ölkədən hər zaman güclü zəka sahibləri çıxıb: "Kasparov dünya çempionu olanadək Azərbaycanda yaşayıb.

Teymur tarixin ən güclü şahmatçılarından biridir. Düzdür, həmin vaxt milli komandada istedadlı şahmatçılarla bağlı problemlərimiz olub.

Amma mən, Şəhriyar Məmmədyarov və Vüqar Haşımov yığmada çıxış edəndə bizim yaxşı kollektivimiz var idi. Dünyanın top komandalarından biri idik. Çünki heyətimizdə reytinqin ilk "onluğ"una daxil olan 3 qrossmeyster var idi".

Rəcəbov norveçli dünya çempionu Maqnus Karlsenin bundan sonra şahmat tacı uğrunda yalnız iranlı Alireza Firuzca ilə qarşılaşmaq istədiyi barədə səsləndirdiyi fikirlərə də toxunub:

"Düşünürəm ki, bu, sadəcə zarafatdır. Karlsen həmin görüşə vəsiqə qazanan istənilən şahmatçı ilə dueldə titulunu qorumağa çalışacaq. Çünki əvvəllər də eyni şeyləri deyirdi. Amma hələ də oynayır".

Xəbər Lenti