Fərid Qayıbovun qonağı

25 Dekabr 2021 09:20 Şahmat 735
Fərid Qayıbovun qonağı

Gənclər və idman naziri Fərid Qayıbov Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvilini qəbul edib.

Sportinfo.az xəbər verir ki, görüşdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov da iştirak edib.

Qonaqları salamlayan Qayıbov Vüqar Həşimov Memorialının uğurla keçirilməsi münasibətilə təşkilatçıları təbrik edib.

Azmayparaşvili isə qəbula görə nazirə təşəkkürünü bildirib və Azərbaycanda şahmatın böyük ənənələrinin olduğunu vurğulayıb.

Xəbər Lenti