
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Nicat Abasov beşqat dünya çempionu, norveçli Maqnus Karlsenlə üz-üzə gəlib.
İlk oyunda uduzan Nicata cavab oyununda mütləq qələbə lazım idi. Ağ fiqurlarla mübarizə aparan Nicat Abasov Maqnus Karlsenlə heç-heçə oynayıb.
Ümumi nəticə 0,5-1,5 hesabı ilə uduzan Nicat avqustun 22-də üçüncü yer uğrunda mübarizə aparacaq. Karlsen isə finala yüksəlib.
Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.