Bankir vəzifədən getdi, AFFA-nın 11 adamından biri prezident seçildi - FOTOLAR

26 Noyabr 2021 12:40 Şahmat 2 034
Bankir vəzifədən getdi, AFFA-nın 11 adamından biri prezident seçildi - FOTOLAR

Azərbaycan Şahmat Federasiyasında (AŞF) hesabat-seçki konfransı keçirilib.

Sportinfo.az xəbər verir ki, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Mahir Məmmədov federasiya prezidenti seçilib. O, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovu əvəzləyib.

E.Rüstəmov toplantıda iştirak etməyib. M.Məmmədov daha əvvəl AŞF-nin vitse-prezidenti olub.

O, həm də Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti, AFFA İcraiyyə Komitəsinin 11 üzvündən biridir.

Elman Rüstəmov 2007-ci ildən Azərbaycan Şahmat Federasiyasına rəhbərlik edib.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!