Azərbaycan yığmaları Almaniya və Gürcüstana rəqib oldu

14 Noyabr 2021 12:00 Şahmat 500
Azərbaycan yığmaları Almaniya və Gürcüstana rəqib oldu

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında bu gün III turun görüşləri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, ilk iki turu qələbə ilə başa vuran Azərbaycan milli komandaları bu dəfə də güclü rəqiblərlə üz-üzə gələcəklər.

Kişilərdən ibarət komanda Almaniya ilə, qadın yığması isə Gürcüstanla qarşılaşacaq.

İli, ilk iki turda kişilər İtaliya və Serbiyanı, qadınlar Türkiyə və İsveçi məğlub edib. Hazırda Azərbaycanın kişilərdən ibarət komandası 1-ci, qadın millisi isə 2-ci yerdə gedir.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!