Azərbaycan yığmaları Serbiya və İsveçə qalib gəldi - Avropa çempionatı

14 Noyabr 2021 00:00 Şahmat 508
Azərbaycan yığmaları Serbiya və İsveçə qalib gəldi - Avropa çempionatı

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında bu gün ikinci turun görüşləri keçirilir.

Sportinfo.az xəbər verir ki, ilk turu qələbə ilə başa vuran Azərbaycan milli komandaları bu dəfə daha güclü rəqiblərlə üz-üzə gəliblər.

Kişilərdən ibarət komanda Serbiya ilə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.

Şəhriyar Məmmədyarov ilk, Nicat Abbasov sonuncu lövhədə rəqiblərindən üstün olubsa, Teymur Rəcəbovla Qədir Hüseynov heç-heçə ilə kifayətlənib.

Qadın yığması isə İsveçdən üstün olub - 4:0. Günay Məmmədzadə, Xanım Balacayeva və Ülviyyə Fətəliyevanın ardından son olaraq, Gülnar Məmmədova da görüşünü qələbə ilə başa vurub.

Kişilər

Serbiya - Azərbaycan - 0:3

Aleksandr İndiç - Şəhriyar Məmmədyarov - 0:1

İvan İvaniseviç - Teymur Rəcəbov - 0,5:0,5

Robert Markus - Qədir Hüseynov - 0,5

Miloş Perunoviç - Nicat Abbasov - 0:1

Qadınlar

İsveç - Azərbaycan - 0:4

Pia Kramlinq - Günay Məmmədzadə - 0:1

İnna Agrest - Gülnar Məmmədova

Elena Andriç - Xanım Balacayeva - 0:1

Marqarita Zaritovskaya - Ülviyyə Fətəliyeva - 0:1

ilk turda kişilər İtaliyanı, qadınlar Türkiyəni məğlub edib - 4:0.

Xəbər Lenti