Azərbaycanlı Uğur vaxtından əvvəl Avropa çempionluğu qazandı

21 Oktyabr 2021 10:00 Şahmat 912
Azərbaycanlı Uğur vaxtından əvvəl Avropa çempionluğu qazandı

Müxtəlif yaş qrupları üzrə keçirilən onlayn Avropa çempionatında Azərbaycan şahmatçısı Uğur İlyaslı vaxtından əvvəl çempionluğu özü üçün təmin edib.

Sportinfo.az xəbər verir ki, 18 yaşlı oğlanların yarışında 7,5 xal toplayan Azərbaycan şahmatçısı ən yaxın izləyicisini 1,5 xal qabaqlayır.

Bununla da şahmatçımız oyunların başa çatmasına 1 tur qalmış birinci pilləni özü üçün təmin edib.

On altı yaşlı qızların yarışında Ayan Allahverdiyeva 6,5 xalla 1-2-ci yerləri bölüşür. Mələk İsmayıl (18 yaş, qızlar), Şiroğlan Talıbov (16 yaş, oğlanlar), Nərmin Abdinova (14 yaş, qızlar) öz yaş qruplarında liderdən cəmi yarım xal geridədirlər.

On yaşlı şahmatçıların turnirində mübarizə aparan Səadət Bəşirli 6 xalla 2-6-cı yerləri bölüşür.

Qitə çempionatında Azərbaycanı 44 şahmatçı təmsil edir. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir. Yarış oktyabrın 21-də başa çatacaq.



Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?