60 min dollar qazanan azərbaycanlı: "Mənim üçün çətin oldu”

5 Oktyabr 2021 22:40 Şahmat 639
60 min dollar qazanan azərbaycanlı: "Mənim üçün çətin oldu”

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunda ikinci mövsümün başlayacağı tarix açıqlanıb.

Sportinfo.az xəbər verir ki, turnir 2022-ci ilin fevralında start götürəcək.

Onlayn yarışın ilk mövsümündə Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov 2-ci, Şəhriyar Məmmədyarov isə 10-cu yeri tutub.

Çempionlar Turunun qalibi isə Maqnus Karlsen olub. Karlsen 100 000 ABŞ dolları, Rəcəbov 60 000 dollar, Məmmədyarov isə 5 000 dollar qazanıb.

Teymur Rəcəbov yarışın rəsmi saytına açıqlamasında göstərdiyi nəticədən məmnun olduğunu söyləyib:

"Mənim üçün çətin il oldu. Bu yarış həqiqətən mənə xoş anlar yaşatdı. Çempionlar Turu ilə bağlı gözəl xatirələrim var".

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı