Rəcəbovla Məmmədyarov uduzdu - Çempionlar Turu

27 Sentyabr 02:10 Şahmat 206
Rəcəbovla Məmmədyarov uduzdu - Çempionlar Turu

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində II turun görüşləri keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı qrossmeysterlərdən Teymur Rəcəbov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib.

4 hissəlik görüşdə qalib müəyyənləşmədiyindən, tay-breyk oynanılıb. Bu zaman rəqib daha güclü olub.

Şəhriyar Məmmədov isə Maqnus Karlsenlə qarşılaşıb. Bu görüşdə isə qalib əsas hissə və tay-breykdə yox, armaggedonda müəyyənləşib. Karlsen 4:3 hesabı ilə qalib gəlib.

Aniş Giri (Niderland) - Yan-Kşiştof Duda (Polşa) - 1,5:2,5
Hikaru Nakamura (ABŞ) - Teymur Rəcəbov (AZƏRBAYCAN) - 3,5:2,5
Vladislav Artemyev (Rusiya) - Levon Aronyan (Ermənistan) - 1,5:2,5
Maksim Vaşye-Laqrav (Fransa) - Uesli So (ABŞ) - 2,5:0,5
Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) - Maqnus Karlsen (Norveç) - 3:4

Xal durumu: Maqnus Karlsen - 19,5 xal, Uesli So - 15,5 xal, Levon Aronyan - 9 xal, Aniş Giri - 7,5 xal, Teymur Rəcəbov - 7 xal, Vladislav Artemyev - 5,5 xal, Hikaru Nakamura - 5 xal, Maksim Vaşye-Laqrav - 4,5 xal, Şəhriyar Məmmədyarov - 0,5 xal, Yan-Kşiştof Duda - 0.

Digər Xəbərlər
Xəbər Lenti