Yeni nazir akademiya ilə tanış oldu - FOTOLAR

17 Sentyabr 2021 00:50 Şahmat 506
Yeni nazir akademiya ilə tanış oldu - FOTOLAR

Gənclər və idman naziri Fərid Qayıbov Vüqar Həşimov Şahmat Akademiyası ilə tanış olub.

Sportinfo.az xəbər verir ki, nazir şahmatçılarla görüşərək onların hazırlıqları ilə maraqlanıb, akademiya yetirmələrinin nailiyyətlərinin sərgiləndiyi şahmat muzeyinə baxıb.

Daha sonra F.Qayıbov V.Həşimovun ailə üzvləri ilə görüşüb. Mərhum qrossmeysterin atası Qasım Həşimov akademiyanın yaranması, fəaliyyəti, uğurları barədə ətraflı məlumat verib, akademiyanın gələcək planları, çətinlikləri barədə fikir mübadiləsi aparılıb.

Sonda nazir 17 - 24 sentyabrda Şimali Makedoniyada keçiriləcək şahmat üzrə klublararası Avropa kubokunda Azərbaycanın yeganə təmsilçisi olacaq Vüqar Həşimov Şahmat Akademiyasının komandasına uğurlar arzulayıb, akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.

Vüqar Həşimov Şahmat Akademiyası Beynəlxalq Şahmat Federasiyasının (FİDE) qeydiyyata aldığı ilk Azərbaycan Şahmat Akademiyasıdır.

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi