Rauf Məmmədov fransızı məğlub etdi, AÇ-da liderliyə yüksəldi

1 Sentyabr 2021 10:20 Şahmat 589
Rauf Məmmədov fransızı məğlub etdi, AÇ-da liderliyə yüksəldi

İslandiyanın paytaxtı Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının altıncı turunun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, qitə birinciliyində Azərbaycan şahmatçısı Rauf Məmmədov növbəti qələbəsini qazanıb.

Rəqibi fransalı Maksim Laqardı məğlub edən şahmatçımız xalların sayını 5,5-ə qaldıraraq liderliyə yüksəlib.

Digər şahmatçılarımız - Nicat Məmmədov çexiyalı David Navara, Nicat Abbasov macarıstanlı Viktor Erdosla heç-heçə edib.

6 turdan sonra N.Məmmədov 4,5, N.Abasov isə 3,5 xala malikdirlər.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda