Erməni koronavirusa yoluxdu, texniki məğlubiyyət aldı

16 İyul 2021 23:40 Şahmat 994
Erməni koronavirusa yoluxdu, texniki məğlubiyyət aldı

Ermənistan şahmatçısı Levon Aronyan Rusiyanın Soçi şəhərində keçirilən Dünya Kuboku ilə erkən vidalaşa bilər.

Sportinfo.az xəbər verir ki, 39 yaşlı qrossmeysterdə koronavirusun simptomları aşkarlanıb.

Bu səbəbdən, Aronyan ABŞ təmsilçisi Bobbi Çenqlə ikinci turun ilk görüşünə çıxa bilməyib. Nəticədə Aronyana texniki məğlubiyyət verilib. O, ikinci qarşılaşmanı da buraxsa, avtomatik olaraq, yarışdan kənarda qalacaq.

Hazırda nəzarət altında olan şahmatçıdan əlavə analizlər götürüləcəyi bildirilib.

İyulun 10-da start götürən Dünya Kuboku avqustun 8-dək davam edəcək. Yarışa 206 kişi, 103 qadın şahmatçı qatılıb.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!