"Şah" bu dəfə 6-cı oldu

10 İyul 2021 15:20 Şahmat 622
"Şah" bu dəfə 6-cı oldu

“Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin - Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”un rapid turnirində sonuncu turların partiyaları oynanılıb.

Sportinfo.az xəbər verir ki, Şəhriyar Məmmədyarov 7-ci turda İvan Sariç (Xorvatiya), 8-ci turda Niderland şahmatçısı Aniş Giri ilə heç-heçə edib.

Son turda Niderlandın digər təmsilçisi Yorden Van Foresti məğlub edən şahmatçımız xalların sayını 9-a çatdırıb.

Bu nəticə ilə Şəhriyar Məmmədyarov 6-cı yerdə qərarlaşıb. Turnirin qalibi 11 xalla rusiyalı Yan Nepomnyaşi olub.

Şəhriyar Məmmədyarov seriyanın birinci yarışının - "Superbet Chess Classic Romania"nın qalibi olub.

Xəbər Lenti