Nəticələrin yaxşı və ya pis olması onun üçün heç bir məna kəsb etmir

23 İyun 2021 22:20 Şahmat 684
Nəticələrin yaxşı və ya pis olması onun üçün heç bir məna kəsb etmir

"Grand Chess Tour" seriyası möhtəşəmdir. Bu turnirin bir parçası olduğum üçün xoşbəxtəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan şahmatçısı Teymur Rəcəbov özünün instaqram səhifəsində yazıb.

Rəcəbov turniri 9-cu pillədə başa vurub.

Fransanın paytaxtı Parisdəki "Grand Chess Tour" seriyasının IV mərhələsindəki çıxışını dəyərləndirən 34 yaşlı qrossmeyster nəticələrin yaxşı və ya pis olmasının heç bir məna kəsb etmədiyini bildirib:

"Hər turnir hazırlıq məqsədi daşıyır. Əsas mübarizə dünya şahmat tacı uğrunda gedir".

Xəbər Lenti