Teymur Rəcəbov 25-ci gedişdə Aronyanla heç-heçə etdi

18 İyun 2021 23:20 Şahmat 845
Teymur Rəcəbov 25-ci gedişdə Aronyanla heç-heçə etdi

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsində ilk görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı qrossmeyster Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov 25-ci gedişdə rəqibi ilə heç-heçəyə razılaşıb.

Təcrübəli şahmatçı bu gün daha 4 görüşdə qüvvəsini sınayacaq.

O, ardıcıl olaraq, Maksim Vaşye-Laqrav (Fransa), Alireza Firuzca (FIDE), Pyotr Svidler (Rusiya) və Uesli So ilə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti