Şəhriyardan incik status – Onu təbrik edən olmadı

17 İyun 2021 13:40 Şahmat 629
Şəhriyardan incik status – Onu təbrik edən olmadı

“Grand Chess Tour” turnirinin qalibi olan Şəhriyar Məmmədyarov qazandığı uğurla bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan şahmatçısı bu barədə özünün feysbuk hesabında yazıb.

O, qazandığı uğura görə aidiyyəti qurumlardan təbrik almadığını da bildirib:

"Bildiyiniz kimi, “Grand Chess Tour” turnirinin qalibi oldum. Bu, mənim üçün qazandığım ən güclü turnir idi.

Turnirdə "Top-10"luqdan 7 şahmatçı iştirak edirdi.

Bu zamana qədər Azərbaycan şahmat tarixində bu kimi dairəvi turnirin qalibi olmayıb. Məni turnir ərəfəsində və sonra dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm.

Ümid edirəm ki, mənim bu qələbəmə bizim (şahmat, idman) aidiyyəti qurumlar da sevinir, təbrik almamağıma baxmayaraq”.

Xəbər Lenti