Şəhriyar qalib oldu - "Superbet Chess Classic"də

15 İyun 2021 01:10 Şahmat 1 179
Şəhriyar qalib oldu - "Superbet Chess Classic"də

Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Superbet Chess Classic" şahmat turnirinin qalibi müəyyənləşib.

Sportinfoaz xəbər verir ki, yarışın qalibi Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov olub.

36 yaşlı şahmatçı son turda fransalı Maksim Vaşye-Laqravla qarşılaşıb və heç-heçə edib. Xallarının sayını 6-a çatdıran Məmmədyarov bütün rəqiblərini qabaqlayıb və qələbəni rəsmiləşdirib.

Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov sonuncu turda Ermənistan şahmatçısı Levon Aronyanla "sülh"ə razılaşıb. Nəticədə Rəcəbov turniri 4,5 xalla başa vurub.

Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?