Şəhriyarla Teymurdan...

14 İyun 2021 02:24 Şahmat 1 046
Şəhriyarla Teymurdan...

İyunun 13-də Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin səkkizinci turunun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Rumıniyada keçirilən turnirin növbəti turunda Ş.Məmmədyarov niderlandlı Aniş Giri, Teymur Rəcəbov isə yerli Konstantin Lupulesku ilə mübarizə aparıb.

Şahmatçılarımızın qarşılaşmaları heç-heçə ilə başa çatıb.

Şahmatçılarımız turnirdə məğlubiyyətsiz irəliləyirlər. Ş.Məmmədyarov 8 oyundan 3-nü qələbə ilə başa vurub. T.Rəcəbov isə bütün qarşılaşmalarında heç-heçə edib. Şəhriyar 5,5 xalla turnir cədvəlində liderliyini davam etdirir.

Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.

Digər Xəbərlər
Xəbər Lenti