Teymurla Şəhriyardan heç-heçə - “Grand Chess Tour”da

6 İyun 2021 21:40 Şahmat 941
Teymurla Şəhriyardan heç-heçə - “Grand Chess Tour”da

Dünyanın elit şahmatçılarının mübarizə apardıqları “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsi start götürüb.

Sportinfo.az xəbər verir ki, Rumıniyada keçirilən turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər.

9 turdan ibarət olan turnirin birinci turunda şahmatçılarımızın hər ikisinin ABŞ təmsilçiləri - Məmmədyarovun Uesli So, Rəcəbovun Fabiano Karuana ilə qarşılaşmaları heç-heçə ilə başa çatıb.

Turun digər oyunları - rusiyalı Aleksandr Qrişuk fransalı Maksim Vaşye-Laqrav, yerli idmançılar Boqdan-Daniel Dyak niderlandlı Aniş Giri, Konstantin Lupulesku ermənistanlı Levon Aronyan qarşılaşmaları da heç-heçə ilə başa çatıb.

Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!