Reytinq: Məmmədyarov və Rəcəbovun mövqeyi dəyişməz qaldı

1 İyun 2021 01:52 Şahmat 917
Reytinq: Məmmədyarov və Rəcəbovun mövqeyi dəyişməz qaldı

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb.

Şəhriyar Məmmədyarov 2770 xalla 8-ci, Teymur Rəcəbov isə 2 765 xalla 10-cu pillədəki mövqeyini qoruyub.

Nicat Abbasov (2665) və Qədir Hüseynov (2665) bir pillə geriləyib. Onlar müvafiq olaraq 73 və 74-cü sıralarda yer alıb.

Rauf Məmmədov da bir pillə geriləyərək 2654 xalla 90-cı olub.

Siyahıda ilk “üçlük” dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2847) birinci, Fabiano Karuana (ABŞ, 2820) ikinci, Dinq Liren (Çin, 2799) üçüncüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə 1 pillə geriləyərək 2443 xalla 29-cudur. 2 pillə geriləyən Gülnar Məmmədova 2382 xalla 82-ci sıradadır. 2376 xalı olan Xanım Balacayeva da 1 pillə geriləyib və 91-ci pillədə qərarlaşıb.

Xəbər Lenti