AİJA şahmat turnirinin qaliblərini mükafatlandırdı - FOTOLAR

5 May 2021 02:24 Şahmat 727
AİJA şahmat turnirinin qaliblərini mükafatlandırdı - FOTOLAR

Bu gün Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı və Etopaz-ın baş sponsorluğu ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr edilmiş idman jurnalistləri arasında keçirilən onlayn şahmat turnirinin qalibləri mükafatlandırılıblar.

Sportinfo.az xəbər verir ki, mükafatlandırma mərasimində idman jurnalistləri və mütəxəssisləri iştirak ediblər.

İsveçrə sistemi üzrə keçirilən və 7 turdan ibarət turnirə müxtəlif media orqanlarını təmsil edən və müstəqil fəaliyyət göstərən 18 idman jurnalisti qatılıb.

Yarışda Qol.az saytının əməkdaşı Aysel Adıgözəlli birinci, müstəqil idman icmalçısı Səbuhi Səfiyarlı ikinci, mərhum qrossmeyster Vüqar Həşimovun bacısı, müstəqil idman jurnalisti, AİJA-nın üzvü Samirə Allahverdiyeva isə üçüncü yeri tutublar.

Qaliblər müvafiq olaraq 500, 300 və 200 manat məbləğində pul mükafatları ilə təltif ediliblər.































Xəbər Lenti