İki azərbaycanlı bir yerdə nə qədər pul qazandı?

3 May 22:40 Şahmat 1 045
İki azərbaycanlı bir yerdə nə qədər pul qazandı?

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 5 raundundan sonra turnir cədvəli açıqlanıb.

Sportinfo.az xəbər verir ki, "New In Chess" adlı V mərhələdə üçüncü yeri tutan Şəhriyar Məmmədyarov xallarının sayını 21-ə çatdıraraq 10-cu pilləyə yüksəlib.

1/4 final mərhələsində Maqnus Karlsenə uduzan Teymur Rəcəbov isə 109 xalla üçüncüdür.

Məmmədyarovun sonuncu yarışdan qazancı 8 500, Rəcəbovun isə 5 min ABŞ dolları olub. Onlar ümumilikdə Çempionlar Turundan müvafiq olaraq 13 min 500 və 78 min 500 ABŞ dolları əldə edib.

Çempionlar Turunun VI mərhələsi mayın 23-də start götürəcək.

Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə üçüncü olub.

Digər Xəbərlər
Xəbər Lenti