Şəhriyar Aronyanı mat etdi

3 May 2021 00:42 Şahmat 1 912
Şəhriyar Aronyanı mat etdi

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, finalda Karlsenlə ABŞ təmsilçisi Hikaru Nakamura qarşılaşıb.

İkinci oyun günündə 2:2 hesablı heç-heçə qeydə alınıb. Tərəflər hərəyə 1 qələbə, 2 heç-heçə ediblər.

İlk oyun günündə Karlsen 3:1 hesabı ilə qalib gəldiyi üçün mərhələnin qalibi olub. 3-cü yeri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov tutub.

Çempionlar Turu: "New In Chess"

Final

21:00. Maqnus Karlsen (Norveç) - Hikaru Nakamura (ABŞ) - 2:2 (0:1, 0,5:0,5; 1:0; 0,5:0,5)

İlk oyun - 3:1

3-cü yer uğrunda görüş

21:00. Şəhriyar Məmmədyarov (Azərbaycan) - Levon Aronyan (Ermənistan) - 2,5:0,5 (1:0; 0,5:0,5; 1:0)

İlk oyun - 2:2

Ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirin qalibi 30 000 ABŞ dolları qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti