Ümummilli Liderin xatirəsinə həsr edilmiş turnirin qalibləri bilindi

2 May 2021 18:00 Şahmat 540
Ümummilli Liderin xatirəsinə həsr edilmiş turnirin qalibləri bilindi

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı və Etopaz-ın baş sponsorluğu ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr edilmiş idman jurnalistləri arasında onlayn şahmat turniri keçirilib.

Sportinfo.az xəbər verir ki, yarışda idman mediasının bir çox tanınmış nümayəndələri iştirak edib.

İsveçrə sistemi üzrə 7 turda keçirilən turnirə müxtəlif media orqanlarını təmsil edən və müstəqil fəaliyyət göstərən 18 idman jurnalisti qatılıb.

Yarışdan əvvəl turnirin direktoru, AİJA-nın vitse-prezidenti Anar Şabanoğlu iştirakçıları salamlayıb, onlara turnir haqda məlumat verib.

Daha sonra turnirə start verilib. Gərgin mübarizə şəraitində keçən yarışda Qol.az saytının müxbiri Aysel Adıgözəlli birinci, müstəqil idman icmalçısı Səbuhi Səfiyarlı ikinci, mərhum qrossmeyster Vüqar Həşimovun bacısı, müstəqil idman jurnalisti, AİJA-nın üzvü Samirə Allahverdiyeva isə 3-cü yeri tutublar.

Turnirin baş sponsoru Etopaz birinci yer tutmuş idman jurnalistinə 500, ikinci yer üçün 300, üçüncü yerin sahibinə isə 200 manat pul mükafatı ayırıb.

Xəbər Lenti