Amerikalı Şəhriyarın pul qazanmasına imkan vermədi

1 May 2021 02:24 Şahmat 1 129
Amerikalı Şəhriyarın pul qazanmasına imkan vermədi

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində finalçılar müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib.

İlk görüşdə uduzan Məmmədyarov ikinci qarşılaşmada 3:0 hesablı qələbə qazanaraq, oyunu tay-brekə daşıyıb. Lakin heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün armaggedon oynanılıb. Burada məğlub olan Məmmədyarov finala çıxa bilməyib.

Nakamuranın finaldakı rəqibi isə Maqnus Karlsen olacaq. Yarımfinalın ilk görüşündə Ermənistan təmsilçisi Levon Aronyanla heç-heçə edən dünya çempionu cavab qarşılaşmasında 3:1 hesablı qələbə qazanıb.

Məmmədyarov Aronyanla 3-cü yer uğrunda mabarizə aparacaq.

Çempionlar Turu: "New In Chess"

Yarımfinal, cavab görüşləri

Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0:3 (Tay-brekdə - 2:1)

İlk görüş - 3:1

Levon Aronyan (Ermənistan) - Maqnus Karlsen (Norveç) - 1:3

İlk görüş - 2:2

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda