Ümummilli Liderin xatirəsinə həsr olunan turnir - FOTO

30 Aprel 2021 17:20 Şahmat 513
Ümummilli Liderin xatirəsinə həsr olunan turnir - FOTO

Sportinfo.az xəbər verir ki, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı və Etopaz-ın baş sponsorluğu ilə Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr edilmiş idman jurnalistləri arasında ilk onlayn şahmat turniri keçiriləcək.

Mayın 2-si saat 12.00-da start götürəcək yarışda iştirak etmək istəyən idman jurnalistləri turnirin direktoru, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse-prezidenti Anar Şabanoğluya anar@aija.az elektron ünvanı vasitəsilə mayın 1-i saat 12.00-a kimi müraciət edə bilərlər.

Mükafatçıların təltifetmə mərasimi mayın 4-ü saat 12.00-da AİJA-nın Azərbaycan Nəşriyyatında yerləşən baş ofisində olacaq.

Xəbər Lenti