"Çox həyacanlıyam, o, həddindən artıq iti düşüncəlidir"

29 Aprel 2021 20:40 Şahmat 586
"Çox həyacanlıyam, o, həddindən artıq iti düşüncəlidir"

"Olduqca xoşbəxtəm. Səhv etmirəmsə, 4 aydan sonra ilk dəfədir ki, 1/4 finalda qələbə qazandım".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Çempionlar Turunun "New In Chess" adlı V raundunun yarımfinal mərhələsində Şəhriyar Məmmədyarova rəqib olan ABŞ şahmatçısı Hikaru Nakamura yarışın rəsmi saytına açıqlamasında deyib.

34 yaşlı qrossmeyster uzun müddətdən sonra yarımfinala vəsiqə qazandığını vurğulayıb. O, Məmmədyarovla deulin çox həyacanlı olacağını söyləyib:

"Şəhriyar taktiki baxımdan həddindən artıq iti düşüncəlidir. 1/4 final mərhələsində layiqli qələbə qazanıb".

Məmmədyarov isə qələbə təəssüratlarını qısaca bölüşüb: "Çempionlar Turunda ilk dəfə yarımfinala vəsiqə qazandım. Təbii ki, bu, yaxşı nəticədir".

Yarımfinal mərhələsinin ilk qarşılaşmaları bu gün keçiriləcək.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"